adalet.az header logo
  • Bakı 12°C
28 Iyul 2020 17:56
9773
GÜNDƏM
A- A+

“Ədalət”i təbrik edirik!

Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN” nəşriyyatı, 6-cı mərtəbə, "Ədalət” qəzeti redaksiyasına.

Ədaləti bayraq kimi "Ədalət”in səhifələrində xalqımızın başı üzərində dalğalandıran hörmətli yazıçımız, millət vəkilimiz Aqil Abbas bəy və hər bir yazısı ilə oxucuların dərin hörmətini qazanan milli düşüncəli yazıçımız İradə Tuncay xanım!

"Ədalət”in 30 illiyi münasibətilə qəzetinizin hər bir üzvünü qədim diyarımızın- Naxçıvanımızın söz-sənət adamları adından ürəkdən təbrik edirik. Arzu edirik ki, qəzetinizin yubiley yaşlarını demirəm, elə 31-ci ildönümünü doğma Qarabağımızda qəzetinizin hər bir sayını intizarla gözləyən oxucularınızla bir yerdə qeyd edəsiniz. Kollektivinizin hər bir üzvünə sevinc, səadət, xoşbəxtlik arzulayıram.

Asim Yadigar, şair,

Naxçıvan Muxtar Respublikası Yaziçilar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi.