İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI...

İRADƏ TUNCAY
50943 | 2009-04-25 00:12

Əslində bu yazını məxsusi yazdım. Hər iki ölkədə həssas bir durum var. Hər iki ölkənin xalqı bu durumdan çox rahatsızdı. Ona görə mən dərin eşqlə sevdiyim və dəfələrlə getdiyim bu şəhərə mart ayının sonlarında etdiyim bir səfər haqqında yazmaq qərarına gəldim. Allaha şükür ki, indi İstanbula getmək çox asandı, biletini alırsan, elə öz ölkəndə olduğun kimi rahat gəzib-dolaşa bilirsən. Görünür, bizim rahat gəzib-dolaşmağımız kimlərisə çox narahat edir. Yazının içində məxsusi olaraq Türkiyə türkcəsindən istifadə etmişəm, bunu da mənə eyib tutmayın. Mən bu şəhərə aşiqəm.
   
   
   
   İmkansız şey
   
   Şiir yazmaq
   
   Aşıqsan əyər
   
   Və yazmamaq
   
   Aylardan Nisansa.
   
   
   
   İndi Aprel ayıdı.
   
   
   
   ***
   
   
   
   ... Bu şəhərə neçənci səfərimdi? Unutdum artıq. Və hər səfərimdə içimdəki xəritəyə yeni-yeni əlavələrim olub, kəşflərim olub. Heyranlığım, təəssüflərim olub. Mən bu şəhərə hər fəsildə gəlmişəm. Könlümün hər fəslində də bu şəhər var. Amma bu dəfə durum fərqlidi. Səfərimin özəl səbəbləri var, çox özəl...
   
   Təyyarəyə minik başlanır. Gördüyüm qədəri heç boş yer yoxdu. Vətəndaşlarımız ongünlük tətildən iyi yararlanırlar. (Deyəsən uçaqdakı kresloma oturan kimi keçdim Türkiyə türkcəsinə). Yata bilsəm yaxşı olardı deyə düşünürəm. Ürəyimdə sağ-salamat yerə enməyimiz üçün sidq ürəkdən dua edirəm. Yanımda oğlum da var axı, daha doğrusu, mən onun yanındayam. İstanbul hava alanında bizi onun devrə arkadaşı qarşılayacaq (bizim dildə desək tələbə yoldaşı). Qürur duyuram - hər zaman mənim gəzdirdiyim bu cocuq adam oldu artıq, anasını gəzdirir. Bir də dərin zövqlə dalımca yaşarmış, dolmuş gözlərlə baxan eşimi xatırayıram. Kişilər bir azacıq yaşlanandan sonra cocuğa dönürlər. Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan...
   
   İstanbul bizi tutqun, yağmurlu çöhrə ilə qarşılayır. Deyəsən sərhəd söhbəti iqlimə də təsir edib axı. Of,burda da bu siyasi fikirlərdən qurtula bilmirsən, canım, bəsdi də. Oğlum baqajı götürür, nəsə çamadan mənə bir az yad gəlir. Beynimdə o qədər fikir var ki, buna əhəmiyyət vermirəm. Pasport işləmləri tamamlanandan sonra o tərəfdə komissar Adil Polad (yəni oğlumun devrə arkadaşı) bizə əl edir. Bu cavan oğlanın belə şəstlə, arın-arxayın gəzməsi, əynindəki uniforma, çiynindəki paqon, belindəki tapança ilə bağlıdır. Türkiyədə polisin hörməti çoxdur. Makam arabasında bizi yerləşəcəyimiz "Polis Evi"nə aparırlar. (Məlumat üçün deyim ki, Türkiyədə dövlət işində xidmət edən bütün məmurların öz kafeləri, otelləri, pansionatları və s. var. Onlar burdan yarıbayarı, ucuz qiymətə yararlana bilirlər). Yolboyu İstanbuldakı yenilikləri seyr edirəm.
   
   - Polis Evi nerdə?
   
   - Sarıyerdə, abla.
   
   - Sarıyer lüks mekan...
   
   - Əvət.
   
   Getdi Aqil Abbasın paracıqları deyə düşünürəm. Maşın Bosforun kənarındakı beş-altı mərtəbəli, sadə görünümlü binanın qarşısında durur.
   
   - Burası, efendim.
   
   ... Oğlanlar resepsionda bəzi işləmləri həll edənə qədər mən içəriyə bir göz atıram. Təmir getdiyindən ətrafda bir qarışıqlıq var. Amma ürəyə yatımlı, xudmani bir yerdi.
   
   - Odalarımız tamiratdan yenice çıkdı. İlk müsafir siz oluyorsunuz- deyirlər nəzakətlə.
   
   Bax, mənim Türkiyə insanında ən çox sevdiyim məziyyət elə budu - nəzakət. Hara getsən, nə soruşsan, nə desən diqqətlə qulaq asarlar, anlamasalar da çox ədəb-ərkanla bir "əfəndim" deyərlər.
   
   Qalxırıq otağımıza. Oğlum dostu ilə baqajımızı qaldırır. Valizi açırıq və... məşhur filmdə olduğu kimi "bu mənim çamadanım deyil" deyirəm. Vurnuxma başlayır, gənclər ora-bura telefon açırlar. Yenidən hava limanına qayıtmaq lazım gəlir. Bir az sonra qayıdacaqlarını deyib gedirlər. Mən də pəncərədən Boğazı seyr edirəm.
   
   GƏMİLƏR GEDƏR UZAQLARA, HEYY GƏMİLƏR GEDƏR... VƏ MADƏM... ay aman, bu uşaq harda qaldı. İçimdəki həyəcan artmağa başlayır, neçə saat keçib, gəlmək bilmir. Özümü də, məni bura gətirən səbəbləri də lənətləyə-lənətləyə aşağı, resepsiona enirəm.
   
   - Sizdə komissar Poladın cep numarası varmı?
   
   - Yok, efendim, nədən?
   
   - Oğlum gideli kaç saat oldu.
   
   - Təlaşlanmayın, hanım efendi, burası İstanbul. Trafiyi biliyorsunuz.
   
   İndi də foyedə var-gəl edə-edə ağlıma min cür fikir gəlir. Belə neçə saat keçir, bilmirəm. Tuncay qayıdıb gələnə qədər bu hal davam edir. Onu ürəyimdə şükür edə-edə, ağlamsına-ağlamsına qarşılayıram. Deyəsən üzümün ifadəsi onu da çaşdırıb.
   
   - Nə olub? Yaxşı, gəl buralarda bir az gəzək- deyir.
   
   Şəhərə axşam çökməyə başlayır. İstanbul axşamları da bir başqa oluyor... Hələ Boğaz kənarındaysan, bir başqa. Polad Ələmdar kimi bir skamyada oturub Boğaz körpüsünə baxıram. Və İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... BAŞIMDA ESKİ ALEMLERİN SARHOŞLU

TƏQVİM / ARXİV