adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyul 2020 17:16
11939
MƏMLƏKƏT
A- A+

DA ZDRASTVUET NAŞ SUD, SAMIY QUMANNIY SUD V MİRE!

Da zdrastvuet samıy qumannıy nazirlik, naş Səhiyyə Nazirliyi! O qədər operativ və humanist işləyir ki, buna görə səhiyyə naziri Oqtay Şirəliyev cənablarına təşəkkür edirik.

İlahi, Səhiyyə Nazirliyi bizim millətin səhhətinə nə qədər diqqət və qayğıyla yanaşırmış. Biz bunu indi bildik. Yəni Azərbaycanın heç bir dövlət xəstəxanasında nəinki xəstələrdən pul istəyirlər, hətta onlara pul təklif edirlər, yatdıqları günə görə təzminat da ödəyirlər.

Hörmətli Oqtay Şirəliyev, əleyhinizə yazdığım bütün yazılarıma görə sizdən üzr istəyirik.