adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyul 2020 16:07
9136
GÜNDƏM
A- A+

MİLLƏT DEYİLİK EY, KEFİK BAŞDAN-AYAĞA

Bu misra şamaxılı, amma Azərbaycan xalqının çox sevimli şairi, mərhum Qürbət Əzizindi.

Deməli belə. Biz İstanbula gedə bilərik, nə bilim, hətta Londona, Rusiyaya da gedə bilərik. Amma Qəbələyə, Ağcabədiyə, Sabirabada və sair və ilaxır, ata-anamızla, əmi-dayımızla görüşə gedə bilmərik.

Canım ay Nazirlər Kabinetinin Operativ Qərargahı və TƏBİB, bir az da bərk dursanız rayonlarda yaşayan ata-analarımızı, qohum-əqrəbalarımızı şəkildən görəndə də tanıya bilməyəcəyik.