adalet.az header logo
  • Bakı 16°C
28 Iyul 2020 15:41
9115
GÜNDƏM
A- A+

Azərbaycanda yeni Müdafiə Mərkəzi yaradıldı

Azərbaycanda Xəzər Müdafiə Tədqiqatları Mərkəzi (Caspian Defense Research Center) yaradılıb.


Adalet.az-ın məlumatına görə, Mərkəzin sədri, hərbi-siyasi icmalçı Ramil Məmmədlidir.


R.Məmmədli bildirib ki, bu sahədə fəaliyyət istiqamətinin genişlənməsi və təşkilatlanması zərurətə çevrilib. Bu məqsədlə də Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin yaradılmasına dair qərar verilib.


Onun sözlərinə görə, Mərkəz dünyada hərbi-siyasi vəziyyətə, hərbi-iqtisadi potensiala dair hesabatların hazırlanmasını, o cümlədən dünya müdafiə-sənaye sektorundakı yeniliklərin araşdırılmasını qarşısına məqsəd qoyub.


Məlumat üçün bildirək ki, Mərkəzin sədri Ramil Məmmədli uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat orqanlarında çalışıb.


Jurnalist kimi hərbi və hərbi-siyasi mövzuda ixtisaslaşıb. Fəaliyyətinin əsas hissəsi hərbi-siyasi icmalın aparılmasıdır.


Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Ehtiyyatda olan zabitdir.