adalet.az header logo
  • Bakı 21°C
28 Iyul 2020 15:16
49376
ŞOU-BİZNES
A- A+

Tatlısəsin nigahdan kənar qızı Dilan paylaşım etdi: “Çox şükür keçdi..”

Bildirdiyimiz kimi türkiyəli müğənni İbrahim Tatlısəsin nigahdan kənar qızı Dilan Çıtak Tatlısəs koronavirusa yoluxmuşdu. Dilan bu barədə sosial şəbəkədə paylaşım etmişdi:"Oynaq ağrıları, dad və iybilmə hissiyatımın itirilməsi şikayətlərindən sonra verdiyim Covid-19 testi pozitiv çıxdı”.

Həmin vaxt Dilanın sevgilisi Levent Dörter də koronavirusa yoluxmuş, 10 günlük müalicədən sonra xəstəxanadan evə buraxılmışdı.

Adalet.az xəbər verir ki, 31 yaşlı Dilan pandemiyadan sağaldığı haqqında məlumatı öz sosial şəbəkə hesabında paylaşıb: "Mən və Levent koronavirüs olduq. Bir anda nə olduğunu çox da anlaya bilmədik. Ayrı- ayrı olduq, o xəstəxanadaydi, mən evdəydim. Ağrı, sızıltı və narahatçılıq! Amma çox şükür keçdi" -yazdı.

Qeyd edək ki, Dilan da İbrahimTatlısesinsoyadını məhkəmə vasitəsi ilə alandan sonra məşhur müğəninin övladlarının sayı 7-yə çatmışdı.

Əntiqə Rəşid