adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Iyul 2020 12:47
59871
ŞOU-BİZNES
A- A+

Məşhur türk aktrisa erməni işadamı ilə nigaha girdi: Sevan şahid oldu

2011-ci ildə İstanbul və Ankarada konsert verən məşhur pop ulduzu Ser Elton Conun Türkiyədə zərgər Sevan Bıçakcının qızıl, gümüş, brilyant və ağ qızıldan hazırladığı üzüklərin hərəsindən bir ədəd alıb.

O, bu üzüklər üçün 480 min dollar xərcləyib. Elton Conun aldığı üzüklərin qiyməti 36-60 min dollar arasında dəyişir.

Hələ illər əvvəl İstanbul Zərgərlər Palatasının sədri, erməni mənşəli Norayr İşler İrəvanda olarkən bildirmişdi ki, yüksək çinli məmurların demək olar ki hamısı erməni zərgər Sevan Bıçakçının işlərini çox xoşlayır..

Türkiyənin qızıl-gümüş ticarətində ermənilərin üstünlüyü danılmaz faktdır. Bu sektora Sevan Bıçaqçı və onun yaxınları liderlik edir. Onun qardaşı oğlu Armen də bu sahədə tanınmış iş adamıdır. Bu erməni ailəsindən xəbər var.

Adalet.az xəbər verir ki, tamaşaçıların "Gümüş" , "Umutsuz Ev Kadınları"seriallarından yaxşı tanıdıqları türk aktrisasıSongül Ödenötən gün ailə qurub.

Aktrisa 4 ildir eşq yaşadığı iş adamıArmen Bıçakcıilə nikah masasına oturub.


Ailə arasında baş tutan mərasimdəSongül Ödeninnikah şahidi aktrisaArzum Onan və Esra Dermancıoğlu, Armen Bıçakcının şahidi isə Sevan Bıçakcı və Osanna Olgunolub.

Songül Ödennikahında Barrus Landon markalı gəlinlik və Gaios markasından olan tac geyinib.

Qeyd edək ki, pandemiyadan sonra toyu olacaq məşhur aktrisa türklər və kürdlərdən sonra ən böyük üçüncü etnik toplum olan zaza əsillidir.

Əntiqə Rəşid