Azərbaycan qadını döyüşə bilmir?! - Emin Piri yazır

Emin Piri
83365 | 2020-07-29 10:26

Azərbaycanın ənaxrıncı kişisi ölənə kimi Azərbaycanqadını müharibədə savaşa bilməz. Bu kimi çıxışlara ara-sıra rast gəlirik. Kimsəninxətrinə dəymək istəmirəm. Ola bilsin, kimlərsə özünü bu işin öhdəsindənlayiqincə gələcəyini görür deyə bunu özünə sığışdırmır. Yəni Azərbaycan kişisinəsonsuz güvən.

Kişiyə bu sonsuzgüvən Azərbaycan qadınına güvənsizlik deyilmi?

Tarixəekskursiya edib geniş haşiyəyə çıxmadan qısa xatırlatmalar etmək istərdim. Amazonkalarbarədə yunan tarixçilərindən Nizamiyə, şairlərə kimi bəhs etmədimi?

Əsər deyib keçəbilərsiniz, amma maddi-tarixi sübutlar da bunu göstərir. Ağdam, Quba, Cəlilabaddadağətəyi ərazilərdə tapılan qəbir abidələri bu ərazilərdə amazonkaların yaşadığınıgöstərir. Niyə məhz bu yerlər? Dağətəyi, yəni dağla aranın qovşaq olduğu ərazilərhəmin dövr üçün məsafələri kiçildir, əlaqə qurmaq baxımdan daha yaxşı şəraityarda bilirdi. Hər hansı nəsil artırma dövründən sonra uşaq qız olardısaqadınlar tərəfindən dağa çıxarılırdı, oğlandısa həmin ərazidə dağətəyində məskunlaşmışkişilərə böyüdülmək üçün verilirdi. Talış dağlarının, Kiçik Qafqaz, BöyükQafqazın dağla aranın qovuşduğu yerlərdə, dediyim rayonlarda min illərin öncəninqəbir abidələrində buna rast gələ bilərisniz.

Tomris, onunqoşunu və ya bu kimi tarixi, əfsanəvi deyimləri hələ bir kənara qoyuram.

Türk toplumundabir qadını at üstündə çapmadan, ov ovlamadan, ox atmadan təsəvvür edəbilirsinizmi? Bunun əksini iddia etmək gülünc olar.

Və ya Dədə-Qorqudnümunəsi. Banuçiçəyindən digərinə kimi. Onu məğlub edə bilməyən kişiylə evlənməyiözünə xor görən bir toplumun xanımına döyüşə bilməz demək absurdun absurdudur.

Ikinci dünyamüharibəsində təyyarəçi Azrbaycan qadınlarından, kəşfiyyatçılarından heçmi xəbərinizyoxdur?

Cəbhə bölgəsindənxəbər gətirən, Qarabağ savaşı dövründə hərbiçilərlə ön cəbhədə olan xanımjurnalistləri görməmək olar?

Mərmilər altındaordumuza xidmət göstərən hərbi tibb arsenalımızın xanımlarını xatırlamağaehtiyac varmı?

Və yaxud Qarabağsavaşında kişilərlə çiyin-çiyinə döyüşən xanımları nə tez unutdunuz?

Bilənlər bilirki, hazırda da Azərbaycan ordusunda bir çox xanım rabitəçi var. Elə kəşfiyyatçısıda, ordunun digər sahələrində çalışanları da.

Gedən proseslərdənsonra qadın-kişi mövzusu üzərində qalmaq boşuna enerji itirməkdən başqa bir şeyəyaramır. Bu da "dedovşina”nın ayrı bir yönüdür.

Indi soruşuram.

Azərbaycanqadını döyüşmədi?

Döyüşməyib?

Döyüşə bilməz?

Döyüşdü də.

Döyüşüb də.

Döyüşəcək də.

Əzizlərim, demirəmAzərbaycan qadınlarını cəbhəyə aparın. Amma bu söhbətləri etmək də onlarıküçümsəməkdir.

Gedin, döyüşün,işğal olunmuş torpaqları azad edin. Və deyin ki, əziz xanımlar, bağışlayın, sizəehtiyac olmadan məsələni həll etdik. Hə, bax, bu başqa məsələ. Vəssalam.


TƏQVİM / ARXİV