adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyul 2020 10:05
43554
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: LAYLA

Bir layla keçir içimdən
Köklə dilini laylaya...
Ondan bir udum içim mən -
Sən çək əlini laylaya...

Qarışan saçım daraqsız
Çıxıbdı yola yaraqsız...
Ya mənəm, ya da yar haqsız -
Öyrət telini laylaya...

Tutaraq üzünü göyə
Qoyma qəm qapını döyə!..
Bir ümid doğulsun deyə -
Bağla belini laylaya!..

...İçimdə bir dəli istək
Allahımdan umdum dəstək...
Dünyada ən nadir səs tək -
Büksün gəlini laylaya...