adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyul 2020 10:00
14288
HADİSƏ
A- A+

NASA Yer kürəsinə yaxınlaşan asteroid barədə xəbərdarlıq etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr olan asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

 2009 PQ1 adı verilən asteroid avqustun 5-də Yer kürəsinə maksimal yaxın məsafədə olacaq.

Məlumata əsasən, asteroid Yer kürəsindən 3,2 milyon kilometr aralıdan 13,4 km/s sürətlə keçəcək.

Bildirilir ki, sözügedən asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib.