adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Iyul 2020 21:30
12605
MƏMLƏKƏT
A- A+

Qaxda polislər ilan sancmış şəxsin həyatını xilas ediblər

Qax Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları rayonun Qıpçaq kəndi ərazisində xidmətdə olanzaman yol kənarında dayanan avtomobildəki sürücü və sərnişinlərin təlaş içində olduğunu görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar.

Sürücüavtomobildə sərnişin qismində olan şəxsiot biçən zaman ilan sancdığını və təcili olaraq xəstəxanaya çatdırılmalı olduğunu, ancaq avtomobilindəki nasazlıq səbəbindən vaxt itirdiklərini bildirib.

Polis əməkdaşları Mansur Rəsulov və Bəhruz Qurbanlı dərhal həmin şəxsi öz xidməti avtomobillərinə əyləşdirərək, tez bir zamanda Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən ilan sancmışşəxsə lazımi tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub.