adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyul 2020 09:16
56239
ŞOU-BİZNES
A- A+

Monika Belluççi qınandı: “55 yaşda 70 yaşlı kimi görünmək...”

"Yaş ötdükcə şəhvət və istək azalmır. Əksinə, insan yaşa dolduqca, seks daha gözəl olur. Gənc ikən seks tamamən hormonal istəklərə bağlıdır. Yəni səni hormonların idarə edir. Yaşlandıqca isə sevgi və seks bir-biri ilə uyğunlaşır. Mən aşiq olmasam, sekslə məşğul olan zaman çox çətinlik çəkirəm” – deyən dünya şöhrətli kinoaktrisa Monika Belluççidən yeni xəbər var.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris küçələrində şəkli çəkilən italiyalı aktrisa və model Monika Belluççi xarici görünüşü ilə hər kəsi şoka salıb.

Pərəstişkarları Belluçinin simasının qocalığından dəhşətə düşdüklərini, onun üzündə həddən artıq qırış və nahamarlıqlar olduğunu bildiriblər:


İstifadəçilər "Cavanlıqda olan gözəlliyi itirmək çox ağrılıdır. Sanki şedevr yoxa çıxır”, "Gözəl idi, ancaq 55 yaşımda belə görünmək istəməzdim. Üzə qulluq etmək lazımdır”, "55 yaşda 70 yaşlı kimi görünmək”, "Sanki 70 yaşı var, üzü niyə bu qədər qırışıqdır?”, "55 yaş üçün çox pis görünür” və s. şərhlərlə məyusluqlarını bildiriblər.

Əntiqə Rəşid