adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Iyul 2022 09:18
140214
ŞOU-BİZNES
A- A+

Ermənipərəst türk müğənnisi Sezen Aksu: Təzadlarla dolu 68

Türk estrada musiqisinin ən parlaq ulduzu sayılan Sezen Aksunu tanımayan, onun musiqilərini sevməyən çox az adam tapmaq olar.

Adalet.az xəbər verir ki, bu gün tanınmış müğənni və aktrisanın ad günüdür . Bu gün onu bir daha yaxından tanıyaq: 2010-cu ildə Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almış ünlü sənətçi Sezen Aksu 1954-cü ilin 13 iyulunda əyalət şəhəri Dənizlidə anadan olub.

Yadınızda olar, 2013-cü il idi. Türkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri Sezen Aksu İstanbulda yeni istifadəyə verilmiş "Zorlu Center PSM" mərkəzində səhnəyə çıxdı.

Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu iki mahnı oxuyandan sonra zalı salamlayıb və danışmağa başladı. Müğənni daha sonra 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan danışıb: "Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır", - müğənni söylədi.

 

 

Bu açıqlamaya Türkiyə vətəndaşlarının bir çoxu, eləcə də Sezensevər azərbaycanlılar çox üzüldü. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı məşhur müğənni və bəstəkar Sezen Aksunun ermənilər haqqında səsləndirdiyi fikirlərə ən tez münasibət bildirənlərdən oldu:”Sezen Aksunun kökündə erməni qarışığı var:"Digər tərəfdən isə bu, Sezen Aksunun şəxsi fikirləridir. Onun ermənilər haqqında səsləndirdiyi fikirlərə Türkiyə cəmiyyəti dəstək vermir.

Ümumiyyətlə, türk milləti heç bir xalqa qarşı düşmənçilik mövqeyində olmayıb. Harada işğalçılıq və zülm varsa, biz ona qarşıyıq və bu barədə fikirlərimizi də söyləməkdən çəkinmirik. Bu baxımdan da bizim azərbaycanlı qardaş və bacılarımızın yanında olmaq kimi milli vəzifəmiz var. Ona görə də Sezen Aksunun ermənilər haqqında xoş fikirlər səsləndirməsinə Türkiyə cəmiyyəti olaraq əsla dəstək vermərik. İnanın ki, heç bir türk ermənilər haqqında bu cür fikirlər səsləndirməz”.

 

Tanınmış yazar Həmid Herisçinin Sezen Aksu haqqındakı məqaləsindən

H. Herisçinin çox maraqlı bir məqaləsi var. O məqalədən bir parçanı diqqətinizə çatdırırıq:

"Bir də öncəgörənlik istedadı.

“Bu gün” qəzeti yazarı Bilal Özcan Sezen Aksunun həmin öncəgörənliyi barəsində görün indi bir nə yazır: “Sezen Aksu 1976-da ərinin yanına-uzaq Kanadaya gedir. Orda ilginc bir röya görür. Röyasında Kanadadan İstanbula dönərkən Londonda minəcəyi uçaq qəzaya düşüb dönür bir ovuc külə.

Biletini aldığı həmin təyyarəyə minməkdən vaz keçir. 10 iyul 1976-cı ildə “British Airways”a məxsus həmin London-İstanbul yolçu uçağı, Zaqreb üzərində Yuqoslav təyyarəsinə çırpılaraq məhv olur".

Sezen Aksu o vaxt öz canını bu qanlı qəzadan qorumağı bacarır birtəhər. Ancaq 1996-cı ilin 14 yanvarında Sezen Aksu bu öncəgörənliyini bir daha təkrarlaya bilmir. Növbəti ərini-tanınmış bəstəkar Onno Tuncu labüd təyyarə qəzasından qurtarmağı bacarmır. Həmin tarixdə türk musiqisinin canlı əfsanəsi sayılan Onno Tunc, havadakı duman ucbatından gedib girir Yalovadakı bir dağın sinəsinə.

Sezen xəbəri eşidincə az qalır dəliyə dönsün. Sudan, çörəkdən ələ çəkir bir ara. Gəlib dayanır intiharın bir addımlığında.

DOSYE: ONNO TUNC. Erməni-türk bəstəkarı. 175 çox məşhur türk nəğməsinin təkbaşına müəllifidir. Bəstələdiyi nəğmələr dəfələrlə Türkiyəni “Eurovision”da təmsil edib. Ömrünün son 10 ilini Sezen Aksu ilə keçirib. Çox məşhur “Sen Ağlama”, “Git”, “Sezen Aksu’88", ”Sezen Aksu Söylüyor" musiqi albomları birgə əməklərinin məhsuludur.

Deyilənlərə inansaq, təkcə Sezen Aksunu deyil, bir çox başqa türk müğənnilərini, misal üçün, Nilufəri də məhz o yaradıb. Qoyub təkər üstə.

“Onnosuz, Sezen Aksu taleyi necə olacaqdı?” sualını belə cavablandırardım. Deyərdim -Sezen Aksu 1970-ci ildə “Həftə sonu” qəzetinin açdığı “Altın səs” yarışmasında ancaq 6-cı yeri qazana bildi. Xəyal qırıqlığına uğradı. Yarışmanın təşkilatçısı Ajda Pekanın umuduna qalsaq, indiki Türkiyənin Sezen Aksusu yox idi. Bircə Ajdası vardı, vəssalam. Sezen ilə Ajdanın münasibətləri indi də bərk soyuqdur.

Həmin rəqibləri Sezeni “Eurovision” yarışmasından həmişə aralı tutublar. Fürsət verməyiblər bu qıza böyük yarışmalarda iştirak etsin.

Sezeninki Onno Tuncda gətirir. Bəstəkar, qərara gəlir həm öz gələcəyini, həm türk musiqisinin sonrakı taleyini bu qızcığaza calasın. Acı həyat sonralar onun bu seçimini tam doğruldur.

Təyyarəsi qəzaya uğradığı yerdə sonralar - 2002-də xatirə abidəsi ucalsa da, ötən il bu abidə dağıdıcı hücuma məruz qalıb. Qismən dağıdılıb. Yalova meri Yaqub Bilgin Koçalı iddia edir ki, abidə tezliklə öz əvvəlki görkəminə qayıdacaq".

 

 
Türkiyənin vətənpərvər bir qismi Aksunun erməni sevgisini  qəbul etmirdi . AKP rəsmisi qeyd edib ki,  Türkiyə demokratik ölkə olduğu üçün burada bütün millətlərdən olan insanlar yaşayır:"Onların arasında kürdlər və ermənilər də var. Ancaq atalarımızın gözəl misalı var ki, hər kəs layiq olduğu yerə gedər. İndi Sezen Aksunun da layiq olduğu yer ermənilərin yanıdır. Azərbaycan xalqı tam əmin olsun ki, Sezen Aksu Türkiyə xalqı demək deyil və o, Türkiyənin mövqeyini də söyləyə bilməz. Türkiyənin ermənilərlə bağlı siyasəti bütün dünyaya bəllidir. Türkiyə qardaş Azərbaycana görə işğalçı Ermənistanla siyasətində bir addım da geri çəkilməyəcək. Türkiyə sonadək Azərbaycanın yanında olacaq. Bunun geri dönüşü yoxdur. Rəhmətlik Heydər Əliyevin də söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz eyni millətin nümayəndələriyik”.

 

O arada Sezen Aksunun Efes Antik Teatrında türkçə mahnılarıyla bərabər yunanca, ermenicə ve kürtçə mahnılarıda da səsləndirdiy konsertini hər kəs alqışlarkən, MHP təpki göstərdi:” Sezen getsin Ermənistanda konsert versin”-demişdi.

 

Qeyd edək ki, Azərbaycanda Sezen Aksu pərəstişkarlarının sayı kifayət qədər çoxdur. Lakin müğənninin zaman-zaman ermənipərəst olması, ermənilərə meyl göstərməsi ilə bağlı məsələlər gündəmə gəldikcə ona olan sevgi də azalmağa başlayır. Məsələn, 2013-cü ildə Sezen Aksu səhnəyə çıxararaq məşhur Azərbaycan mahnısı olan "Sarı gəlin”i erməni dilində oxumaqla pərəstişkarlarının, onu sevənlərinin qəlbinə böyük yara vuraraq, ona olan sevgini paramparça etmişdi. İlk əvvəl həmin mahnının erməni dilində oxuyacağı ilə bağlı məlumat yayılanda bəziləri bu söhbətə inanmayanlar, "yalan söhbətdir” deyib keçənlər də oldu. Sezen Aksu bu etirazları bilsə də azərbaycanlı pərəstişkarlarını üzməkdə davam etdi. O, məşhur Azərbaycan mahnısı "Sarı gəlin”i erməni dilində ifa etdi. 2014-cü ildə müğənni azərbaycanlı pərəstişkarlarını növbəti dəfə məyus etdi. Münhendəki konserti zamanı səhnədə erməni bəstəkarı Ara Dinkciyanın mahnısını ifa edərək ağlamışdı. Məlumata görə müğənni həmin konsertində daha bir neçə erməni mahnısı ifa edib. İddialara görə müğənninin ermənipərəst olmasının kökləri daha dərinliklərə dayanır. Onun həmçinin erməni iş adamı Varujan Sırmabıyıklı ilə yaxın əlaqələri, sevgi macərası olduğu bildirilir.

Uzun sözün qısası, müğənni bu gün 68 yaşı ilə vidalaşır. Təbrik etmək isə oxuculara, bir də sezenaksusevərlərə qaldı.

 

Əntiqə Rəşid