adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2020 15:37
11000
SAĞLAMLIQ
A- A+

TƏBİB ONA OLAN İNAMI HƏR GÜN BİR AZ DA İTİRİR

Məlum olub ki, ayın 24-25-i testən keçən insanların telefonlarına gələn cavabda böyük yanlışlığa yol verilib. Heç demə nəticəsi pozitiv çıxanların çoxu sağlam adamlarmış. Düzdür, üzr istəyiblər. Amma bu üzrlə olmur axı. O insanlar hansı hissləri keçiriblər, ailələri nə yaşantılar yaşayıb, övladlarının, qohum-əqrəbalarının keçirdiyi həyəcanlar bunları ölçüyə gətirmək olar? Və eləcə də nəticələri neqativ çıxanların ürəyində bir xof.

Axırıncı açıqlamada deyilirdi ki, 417 nəfərin testi pozitiv çıxıb. Sonra da məlum olacaq ki, bəlkə də bunun yarısı heç xəstəliyə yoluxmayıb.

İnsanların həyatı ilə oynamazlar, müəllim-bəylər.