adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Vahid Qazi: Ağdam qatarı Bakıdan gedir

37297 | 2020-07-27 14:54

Camaatımızıntəsəvvüründə erməninin qorxaq obrazı vardı. Gözümü açandan eşitdiyim "Erməni qangördü” olub.

Böyüdüyüm mühitdə erməni kişisini işlək fəhlə, bacarıqlı usta; qadınınıyaxşı turşu qoyan, kefin istəyən süfrə açan xoşrəftar kimi tanıdıblar.

İlk gördüyüm erməninin adı Cavanşir idi. Evimizin alt mərtəbəsindəkiotağa qapı açırdı. Külüngü yerə qoyub əlinin arxasıyla alnının tərini silərdi.Bir suyu sovetin məşhur "Qaraçı” filminin qəhrəmanı Budulaya oxşayırdı.

Sadə, şirindil, gülərüz, qılıqlı, bir qədər də yazıq görkəmi vardıQarabağ ermənilərinin. Bu adamların bir gün bizimlə torpaq davasına qalxacağıyüz il qala ağla gəlməzdi. Desəydilər şəhərimizin ən ürəyiyuxa sakini Qız QuluMəhəmməd Əliylə rinqə çıxıb, elə birinci raunddaca onu basıb-döyüb; yaxudtoylarda skripka çalan Dondi London orkestrinə birinci skripkaçı kimi dəvətalıb, inanardıq, amma usta Aşotun Stepanakert bazarında şoraba satan Haykanuşaqoşulub Qarabağı bizdən alacağı yuxumuza belə girməzdi.

Ramiz Rövşən "Ruhlar şəhəri” kitabına yazdığı ön sözdə ağdamlıları belətəsvir edib: "Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı. …ErmənilərAğdamı axırıncı daşına, kərpicinə, taxtasına, mismarınacan söküb-aparıblar və otikinti materiallarının hesabına Stepanakerti təzədən qurublar. Amma məninanmıram ki, bu gün Ağdamın hesabına tikilmiş o evlərdə yaşayan ermənilərStepanakerti də varlı şəhər saysınlar. Çünki varlı olmaq təkcə dəbdəbəliev-eşiklə, pulla, malla ölçülmür. Bu həm də insanın içindən gələn bir hissdi,duyğudu. Hər halda mən bir vaxtlar "haralısan” sualına bütün Qarabağdaağdamlılar kimi qürurla, hətta bir az da təkəbbürlə cavab verənlərə rastgəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyanermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışdılar”.



Hardan idi bu qorxmazlıq, ermənini ciddiyə almamaq?

100 il qabaqkı davadan nənə-babaların bizə ötürdüyü fikir bu olub ki,erməni qorxaqdır. Cümhuriyyət ordusu Xankəndini, Şuşanı azad edəndən erməniadamların yaddaşında imdad diləyən, yazıq kimi qalmışdı. Qiyam qaldıranermənilər məhz o məğlubiyyəti dadandan – bizim sərt üzümüzü görəndən sonrabeləcə məzluma dönüblər: "Erməni qan gördü”.

Bizim tanıdığımız "yazıq” Qarabağ erməniləriydi. Yerevan ermənisi,Livan ermənisi, Fransa ermənisi, Kaliforniya ermənisi-filan görməmişdik. 100 ilboyunca dünyanın dörd bir tərəfində erməni kilsələrindəki millətçi ideologiyatəbliğindən, neçə-neçə siyasi partiya, birlik, fond yaratmalarından, hərrejimdə – kommunist (SSRİ), islamçı (İran), demokratik (ABŞ, Fransa) – hərölkədə təşkilatlanmaq bacarıqlarından xəbərsiz idik.

Tariximizi də bilmirdik! Rus-sovet siyasəti, öz kommunist rəhbərlərimizöyrənməyə macal verməyiblər, özümüz də tariximizə, taleyimizə biganə olmuşuq,unutmuşuq, maraqlanmamışıq. Bilməmişik ki, İrəvan xanlığında dövlət qurmağıbacaran ermənilər buna davamlı deportasiya siyasətləriylə nail olublar. Qulağımızındibində eşitməmişik ki, ermənilər dəfələrlə Qarabağın Ermənistanabirləşdirilməsi məsələsini qaldırıblar. Bundan xəbər tutan rəhbərlərimiz isəsusublar! Kremldə yerlərini şirin salmaq üçün ermənilərə öz xalqından qat-qatartıq imtiyazlar tanıyıblar.

"Xruşşov dövrünün Qarabağ şəhidi”yazısındabəhsetdiyim Nazim Hacıyev kimilərini çıxıram.

Bizim bilib tanıdığımız "qorxaq” Qarabağ erməniləriydi. Odur ki,1988-ci ildə onların Xankəndindəki "Miatsum” mitinqinə Azərbaycanda ilk cavabAğdamda verildi. Minlərləinsan əliyalın Xankəndinə yürüş elədi.

Qarabağın Dardaneli (MəhəmmədƏmin Rəsulzadə) Əsgəranda nə baş verdi, sonra "şanlı” Azərbaycan milisi, DTK-sıo yürüşçülərin başına nə oyunlar açdı? Mövzudan uzaqlaşaram deyə bunlaratoxunmuram. Bilmək istəyənlərə sadəcə"Azadlıqqiymətinə foto”yazısını oxumağı tövsiyə edirəm. SonuncuQarabağ yürüşündən sonra keçirilən həbslərlə paralellər aparmağı da oxucularaburaxıram.

O vaxt kimi dindirsən sözü buolardı: allahın ermənisinə bax, qudurub!

Ağdamın kolxoz sədrlərindənbirinin "Günün ekranı” proqramına müsahibəsini xatırlayıram: "Nə səngər? Ermənikimdir ki, səngər qazaq”.

Sən demə, elə budikbaşlığımızdan yaxşı xəbərdar olan erməni başbilənləri dizimizi yerəgətirəcək zəif yerimizi də yaxşı öyrənibmişlər, içimizə nifaq toxumu səpməyinyollarınacan bilirmişlər. Sanki bizi bizdən yaxşı tanıyırmışlar.

Onlar milli davada yumruq kimibirləşməyi, təşkilatlanmağı bacaranda, biz yumruqdan açılmış barmaqlarətrafında toplaşıb bir-birimizlə hakimiyyət davasına qalxdıq.

Nəticə – bu günümüzdür!

***

Ağdamın növbəti işğal günündəbunları niyə xatırlayıram?

Bu videoya diqqətlə baxın.Ağdam müsibətindən – 23 iyul 1993-cü ildən bir neçə gün sonra çəkilib. DanışanAzər adlı oğlan bir ayağını hələ 1 il əvvəl Xromord döyüşündə itirmişdi. Deyir ki,bir kilometrlik bu səngərdəkilərin hamısı ağdamlıdır, hamı ailəsiniqohum-əqrəba, dost-tanış evində, çadır şəhərciyində yerləşdirib qayıdıb.

"3 kəndi geri aldıq 2 saata,əmr gəldi ki, dayanın” deyir. Soruşur, nəyə görə? Deyir bizə heç nə lazımdeyil, silahımız da, texnikamız da var, mane olmasın rəhbərlik, imkan versin,oyun oynamasınlar, şəhərimizi geri alaq.

Sonra bilirsiniz nə oldu? Bu döyüşkən batalyon da darmadağın edildi o birilərikimi. Azərin yanındakı batalyon komandiri Cəfər öldürüldü, döyüşçülərpərən-pərən salındı, tutuldular, güllələndilər, qaça bilən canını götürübqaçdı. Bunu kim elədi?

İyulun 12-də Tovuzsərhədindəki döyüşlərə xalqın reaksiyası 27 əvvəl çəkilmiş o videodakıoğulların qələbə əzminin bu gün də ölmədiyini göstərdi. Hər belə döyüşdə şəhidolmayınca tanımadığımız neçə-neçə oğullar üzə çıxır. Mübariz İbrahimov, RaqufOrucov, Polad Həşimov kimi…

Son olaylar neçəildir bəzən tərəddüdlə yazdığım "Qarabağa yol İrəvandan, Moskvadan yox, Bakıdankeçir” inamımı möhkəmlətdi. İşğalının 27-ciilində bir daha əmin oldum ki, Ağdama yol Bakıdan keçir!

Vahid Qazi

İyul 2020





TƏQVİM / ARXİV