adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyul 2020 13:09
21906
SİYASƏT
A- A+

Komitə sədri: “Ermənistan bisavad planının tələsinə düşdü”

"Ermənistan diqqəti sərhəd bölgəsinə - Tovuza yönəltməklə neft-qaz kəmərlərinə təhlükə yaratmağı qarşısına məqsəd qoymuşdu”.

Bunu "Yeni TV”nin efirində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, Ermənistan Tovuzdakı təxribatı Azərbaycanın üzərinə atmaq istəyirdi. Z.Əsgərovun fikrincə, Ermənistanın digər məqsədi üçüncü qüvvələri – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək idi.

Z.Əsgərov qeyd edib ki, Ermənistanın niyyətlərinin heç biri baş tutmadı:

"Ermənistan bütün məsələlərdə xəyal qırıqlığı yaşadı. O qədər savadsız, qeyri-rasional iş gördülər ki, özlərinin qurduqları bisavad planın tələsinə düşdülər”.

Qeyd edək ki, Ermənistan iyulun 12-dən etibarən Azərbaycanla sərhəddə, Tovuz istiqamətində təxribat törədib. Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə basqın həyata keçirməyə çalışıb, lakin geri oturdulub.

Azərbaycan Ordusunun adekvat cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin yüzlərlə canlı qüvvəsi, texnikası, dayaq məntəqələri, pilotsuz uçuş aparatları məhv edilib.

Döyüşlərdə Azərbaycan Ordusu 12 şəhid verib. Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzun Ağdam kəndinin sakini - Əziz Əzizov həlak olub.(oxu.az)