adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Iyul 2020 12:02
19139
HADİSƏ
A- A+

Ermənistan itkiləri açıqlayır: Daha bir erməni hərbçisi ölüb

Ermənistan Respublikasının hərbi qulluqçusu aldığı güllə yarasından ölüb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gecə saat 01:10 radələrində Ermənistan Respublikasının şimal-şərq istiqamətində yerləşən hərbi mövqelərindən birində qulluq edən əsgər Aşot G.Mikaelyan atəş nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, daha öncə hərbi ekspertlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin itkiləri gizlətdiyini və zamanla bu itkiləri bir-bir açıqlayacaqlarını bildirirdilər.