adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyul 2020 09:09
76986
MARAQLI
A- A+

Kamran Əsədov: Onlar elə əvvəlki kimi daş daşıyırlar…

Düşüncənizə təsir edə biləcək hekayə.

Bir gün Misir fironu Kratiy öz kahinlərinə deyir:

– Baxın aşağıda uzun zəncirlərlə bir-birinə bağlanmış qullar sıra ilə bir-bir daş aparır. Çoxsaylı əsgərlər isə onlara nəzarət edirlər. Qul nə qədər çox olarsa, hökumətə bir o qədər yaxşıdır. Biz həmişə belə hesab etmişik. Lakin bununla belə qul nə qədər çox olarsa, bir o qədər onların qiyamından qorxmaq lazımdır. Buna görə də, nəzarəti artırırıq. Biz qullarımızı yaxşı qidalandırmalıyıq, əks təqdirdə onlar ağır fiziki əməyə tab gətirə bilməzlər. Lakin onlar buna baxmayaraq tənbəldirlər və qiyama meyillidirlər… Baxın onlar necə ləng hərəkət edirlər, tənbəlləşmiş nəzarətçilər isə onları qamçı ilə vurmurlar. Onlara zərbə endiriləndə daha sürətlə hərəkət edəcəklər. Belə olduqda onlara nəzarətçi lazım olmayacaq və nəzarətçilərin özləri də qula çevriləcək. Bunu etməyin bir yolu var. Qoy gün batıçından öncə carçılar mənim fərmanımı hər kəsə elan etsinlər. Bu fərmanda deyiləcək:

"Səhər, yeni günün başlaması ilə bütün qullara azadlıq veriləcək. Şəhərə gətirilmiş hər daş üçün azad şəxs bir sikkə əldə edəcək. Sikkələri isə qidaya, geyimə, yaşayış evinə, saraya və hətta şəhərin özünə dəyişmək mümkündür. Bundan belə siz, azad insanlarsınız”…

Növbəti günün səhəri kahinlər və firon sarayın ən yüksək yerinə gələrək yaranmış vəziyyətə tamaşa edirlər. Onların şahidi olduğu mənzərə inanılmaz idi. Azadlıq əldə etmiş keçmiş qullar bellərində ağır daşlar sanki yarışa çıxmış kimi şəhərə tələsirdilər. Hətta bəziləri iki daş parçası belə gətirməyə cürət etmişdi. Zəncirlərdən xilas olduqları üçün azadlıq qazandıqlarını düşünən insanlar xoşbəxt gələcək qurmaq üçün mümkün qədər çox sikkə əldə etməyə çalışırdılar.


Firon bir neçə ay boyunca bu mənzərənin davam etməsini izlədi. Dəyişikliklər heyrətə səbəb olurdu. Qulların bir hissəsi kiçik qruplarda birləşmiş, arabalar düzəltmişdilər və onları daşla yükləyərək birgə itələyirdilər. Firon öz ideyasının mükəmməlliyindən zövq alırdı. İşçilər arasında daxili xidmət növləri də yaranmışdı. Bunlar su və qida paylayan insanlar idi. Tezliklə özlərinə sədr və məhkəmə də yaratdılar.

Bütün bu yenilikləri firona xəbər verəndə onun cavabı belə oldu:

- Qoy yaratsınlar, onlar özlərini azad hesab edirlər, mahiyyət isə dəyişməyib. Onlar elə əvvəlki kimi daş daşıyırlar…

(Vladimir Meqre/Demon Kratiy)

P.S. qısaldılıb.