adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyul 2020 10:11
46527
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖMRÜMDƏKİ DAN ÜZÜ






















Sən Dan üzü gətirmisən ömrümə

Şehi də var, ətri də var . səsi də...
Sir deyilki , o. dan üzlü ömrüm də -
Bəyəndirib, sənə bu mən kəsidə !..

İl xəlbiri, gün ələyi işində
Dadı fərqli lam od üstə bişin də!..
Çeynəndikcə həsrətin mən dişində -
Öyrənmişəm azı, çoxu, bəsi də...

Qəmim vardı - heç getməyən uzağa
Bükülürdü öz içimdə üz ağa...
Silib atdı ün yetməyən uzağa -
Yaddaşımdan "nəs" sözün də, nəsi də!..

O , dan üzü - and içdiyim , ancaq O
Hər halından söz biçdiyim ancaq O!
Baxışından "döz!" biçdiyim - ancaq O -
Mənə verdi Ümid adlı dərsi də!..