adalet.az header logo
  • Bakı 20°C
27 Iyul 2020 09:58
14405
DÜNYA
A- A+

Almaniya Rusiyanın G7-yə qayıtmasına qarşı çıxdı

Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Rusiyanın G7-nin tərkibinə qayıtmasının əleyhinə çıxış etdiyini bildirib.

Bu barədə alman nazir "Rheinische Post” nəşrinə müsahibəsi zamanı danışıb.

Obildirib ki, Rusiya G7-dən Krım məsələsinə görə çıxarılıb və problem hələ də həllini tapmayıb.

"Bu məsələ hələ də həllini tapmadığıüçün Rusiyanın dəvət olunması imkanını görmürəm”, - deyə, H.Maas bildirib.