adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyul 2020 22:25
17907
SİYASƏT
A- A+

Türkiyə Fələstinə dəstəyini davam etdirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyə və Fələstin liderləri ikitərəfli əlaqələrin inkişafı və regional prosesləri müzakirə ediblər.

Mahmud Abbas İstanbuldakı Ayasofya məscidində ibadətlərin bərpa olunmasından məmnunluğunu ifadə edərək, prezident R.T.Ərdoğanı və bütün türk xalqını təbrik edib.

Fələstin prezidenti bu tarixi hadisənin bütün İslam dünyasının xeyrinə xidmət edəcəyinə ümid etdiyini bildirib.

Türkiyə prezidenti öz növbəsində Ankaranın Fələstinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.