adalet.az header logo
  • Bakı 20°C
26 Iyul 2020 14:50
13187
MƏMLƏKƏT
A- A+

BNA Ordu ilə xalq biriliyinə töhfə vermək məqsədi ilə aksiyaya başalyıb - VİDEO

Bakı Nəqliyyat Agentliyi Ordu ilə xalq biriliyinə töhfə vermək məqsədi ilə "Hər şey vətən üçün” askiyasına başlayıb.

BNA-dan Adalet.az-a verilən məlumata görə, aksiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Aksiya çərçivəsində işlənmiş və istifadəyə yararsız təkərlər toplanaraq cəbhə bölgəsinə yola salınır. Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələrin saxlama xassələrinə malikdirlər.

İlk avtomobil karvanı iyulun 17-də göndərilib. 16 yük avtomobili ilə 7000-ə yaxın təkər yola salınıb. İyulun 25-də isə 15 yük avtomobili ilə 5600-dən artıq təkər yola salınıb.

Qeyd edək ki, proses davamlı olaraq həyata keçiriləcək.