adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Iyul 2020 11:22
11959
SAĞLAMLIQ
A- A+

Günvurmanın ilk əlamətləri AÇIQLANDI

Güclü başağrısı və başgicəllənmə günvurmanın ilk əlamətləri hesab olunur.

Vse42.ru xəbər verir ki, günvurma sürətlə inkişaf edən haldır. Bu səbəbdən, yay aylarında xüsusilə diqqətli olmaq lazımdır.

Günvurmaya məruz qalmış şəxsin bədən səthinin temperaturu yüksəlir, lakin tərləmə müşahidə olunmur. Eyni zamanda, ürəkbulanma və qusma başlaya bilər. Nəbz sayı artır, tənəffüs tezləşir.

Qeyd olunur ki, gün vurmuş şəxsi xilas etmək üçün onu dərhal sərin yerə aparmaq, alnına və bədənin açıq hissələrinə yaş dəsmal qoymaq lazımdır. Çox sıx geyim çıxarılmalıdır ki, dəri nəfəs ala bilsin.

Həkimlər bildirirlər ki, isti günlərdə xüsusən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin diqqətli olması vacibdir.