adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyul 2020 22:52
19671
HADİSƏ
A- A+

Ağstafada partlamamış altı hərbi sursat, mərmilər və patronlar aşkarlanıb

İyulun 25-də saat 10:23-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Tatlı kəndində patron və mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-danbildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində altı ədəd partlamamış hərbi sursat, üç ədəd təlim məqsədli mərmi, tərkibində partlayıcı maddə olmayan beş ədəd mərmi və 8770 ədəd müxtəlif çaplı patron aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı sursatların tapıldığı yerin ətrafında 180 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.