adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Iyul 2020 19:23
16843
HADİSƏ
A- A+

Bakıda qadına qarşı quldurluq: Bıçaqla yaralayıb telefonunu aldılar

Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, iyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Nəsimi RPİ-də araşdırma aparılır.