adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2020 16:33
11476
GÜNDƏM
A- A+

Azərbaycanda daha 321 nəfər koronavirusa yoluxdu, 535 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.