adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Iyul 2020 15:01
14908
MƏMLƏKƏT
A- A+

Kürdə problem: Bir sıra şəhər və rayonlarda su kəsiləcək

Azərbaycanın bəzi rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bununla bağlı"Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan vəHacıqabul şəhərlərinə, həmçinin, Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər tətbiq ediləcək.