Polad Bülbüloğlu: Təxribatlara layqili cavab vermək üçün biz bir yerdə olmalıyıq
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan həmvətənlərimizə müraciət edib.
Adalet.az bu barədə səfirliyə istinadən məlumat verir. Müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Ötən gün Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva bütün azərbaycanlılara müraciət edib və bu günlərdə öz səsini və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkür edib. Onun müraciəti baş verən vandalizm aktlarına görə ağrı, Azərbaycanı təmsil edənlərə qayğı, zorakılığın qəzəblə pislənməsi və ağıla çağırışla doludur.
Mən qadının, ananın, dövlət xadiminin bu müraciəti ilə diqqətlə tanış olmaq, sözlərinin mənasını dərindən dərk etmək xahişi ilə Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm.
Təxribatlara layiqli cavab vermək üçün, eyni zamanda küçə döyüşlərinin səviyyəsinə düşməmək üçün biz bir yerdə olmalıyıq. Mübarizəmiz istisnasız olaraq hüquqi müstəvidə aparılmalıdır.
Mən Sizinləyəm!”