adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyul 2020 13:22
45840
KRİMİNAL
A- A+

Bakı sakinləri Biləsuvarda 2 kiloqram heroinlə tutuldu

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N.Manaflı və B.Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.