adalet.az header logo
  • Bakı 11°C
25 Iyul 2020 12:05
11512
SAĞLAMLIQ
A- A+

Alimlər koronavirusa qarşı təbii vasitə tapdılar

Bir qrup beynəlxalq elm xadimi yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində fəal istifadə olunan "Remdesivir” dərmanından daha təsirli olması qənaətinə gəlib.

"Cell Discovery” jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin – heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.

Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə "Remdesivir” də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.

"Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər hansı biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.

Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək və hətta qarşısını almaq mümkündür”, - deyə, tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.