adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyul 2020 22:00
29219
ELM VƏ TƏHSİL
A- A+

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti uzadılır

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti 31 iyul 2020-ci il tarixinədək uzadılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, Dövlət Peşə Təhsil Mərkəzinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramları üzrə təhsil almaq istəyən şəxslər Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı vasitəsilə (https://bit.ly/3jyGWqB) iyulun 31-dək elektron qeydiyyatdan keçməlidirlər.

Pilot peşə təhsil proqramları çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Avtomobil diaqnostikası və təmiri ustası ", "Veb dizayner və proqram təminatçısı", "Torna və frezer dəzgahların operatoru”, "Sənayedə quraşdırma işləri üzrə usta”, "Elektronika ustası”, "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, "İnşaat ustası”, "Mebel ustası”, "Avtomatika üzrə usta” ixtisasları üzrə 1 illik texniki peşə, "Nəqliyyat vasitələrinin texniki istismarı” və "Kompüter sistemlərində proqram təminatçısı” ixtisasları üzrə isə yüksək texniki peşə, subbakalavr səviyyəsi, Turizm və Sosial

Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə "Aşpaz” və "Mehmanxana inzibatçısı” ixtisasları üzrə 1 illik texniki peşə təhsili pilləsinə yiyələnmək imkanı təklif olunur.