adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2020 21:10
11744
MƏMLƏKƏT
A- A+

AQTA daha 76 obyektdə kobud pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Adalet.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən 23 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 50 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə229müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən76-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Endi”, "Anar”, "Seyid”, "Davud”, "Delfin” marketlər, Musayev İlham Qəzənfər oğluna, Abbasova İlhamə Cavanşir qızına, Nəsirov Vidadi Fəsi oğluna, Əhmədov İlqar Qiyas oğluna, Həsənov Eldar Abbas oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Abşeronrayonunda "Sədəf”, "Tatlı” və "Mircəlal” marketlər

Qusarrayonunda Döyüşov Mirzə Bulyamin oğluna, Sərkərova Nurcahan Şıxmət qızına, Ağakərimov Təklif Narulla oğluna, Ağamirzəyeva Natavan Nadir qızına, Əliyev Ruslan Balabəy oğluna, Şıxmətova Ofelya Mövluddin qızına və Verdixanov Mübariz Eygün oğluna məxsus kafelər

Ağsurayonunda Müslümzadə Cəlal Alxas oğluna məxsus ərzaq mağazası

Göyçayrayonunda Vəliyev Əkrəm Sabir oğluna, Nəbiyev Kənan Allahverən oğluna, Yaqubov Şahin Ənvər oğluna, Həmidov Qurban Elsevər oğluna, Mikayılov Mikayıl Elçin oğluna məxsus ərzaq mağazaları, Abdulrahmanov Famil Vaqif oğluna, Kərimov Qalib Saab oğluna məxsus yeməkxanalar

İsmayıllırayonunda "İvanovka”, "Sərin” kafelər, Ələsgərov Pirmət Əfsər oğluna məxsus ərzaq mağazası, "İvanovka” market

Kürdəmirrayonunda "Qızılgül”, "Elmar”, "Hikmət”, "Şah” kafelər, "Bakı” restoranı, "Fikrət” və "Samir” marketlər

Salyanrayonunda "Hacıoğlu katering” MMC-yə məxsus restoran, Məmmədov Samir Balakişi oğluna məxsus ərzaq mağazası

Mingəçevirşəhərində "Bəhmənli”, "Sok”, "Fərid”, "Qafqaz” marketlər, Əliyev Elşan Şirin oğluna, Mustafayev Rəşad Vaqif oğluna, Əliyeva Vəfa Cəlal qızına məxsus ərzaq mağazaları, Həsənov Telman Hüseyn oğluna məxsus şərab evi

Qəbələrayonunda "Sahib” market

Zaqatalarayonunda Qurbanov Alim Elmin oğluna məxsus ət satışı mağazası, Murtuyev Sabir Qurban oğluna məxsus kafe

Oğuzrayonunda Abbasov Fariz Abdulhəmid oğluna məxsus ərzaq mağazası

Yardımlırayonunda Quluzadə Məftun Qulu oğluna və Babayev Adil Əlövsət oğluna məxsus kafelər

Lənkəranşəhərində Bəşirov Ruslan Baba oğluna, Ağayev Ədalət Rəsul oğluna məxsus kafelər

Cəlilabadrayonunda Əmirov Xalid Saroğlan oğluna məxsus kafe

Gəncəşəhərində "Seymur”, "Cavid”, "Röya”, "Gəncəm”, "Promat” MMC-yə məxsus marketlər, Qurbanov Sərxan Elvin oğluna məxsus ərzaq mağazası

Qazaxrayonunda "Damcılı”, "Günəş”, "İstanbul” kafelər, "Sərfəli”, "Əsədoğlu”, "Göyçə”, "Samur” ərzaq mağazaları

Ağstafarayonunda "Sərinlik” kafe

Şəmkirrayonunda Namazov Malik Nəbi oğluna və Məmmədov Eldəniz Müsəllim oğluna məxsus ət satışı mağazaları

Ucarrayonunda Əhmədov Adil Abı oğluna və Həmidov Məhəmmədli Həsən oğluna məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.