adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Iyul 2020 20:00
11561
MƏMLƏKƏT
A- A+

Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib.

DİM-dən Adalet.az-a bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

- Cisco Systems, Inc. şirkətinin "Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;

- (ISC)2 təşkilatının "Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı;

- CompTIA assosiasiyasının "CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı.

İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.