adalet.az header logo
  • Bakı 19°C

Mənim millətimin qələbə ünvanı Qarabağdadı! - Vüsalə Mahirqızı yazır

31585 | 2020-07-24 14:27
Amerikada, Belçikada soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər, faktiki Azərbaycan ərazisi olan səfirliyimizə hücumlar qəbuledilməzdir, barışmaq, sinirmək mümkünsüzdü. Tarixi və havadarı olan erməni diasporunun, terror təşkilatı ilə öyünməyi bacaran zehniyyətin qarşısında üçrəngli bayraqla dayanıb, mübarizə aparan, səfirliyimizi Vətən kimi qoruyan, olduqları ölkələrdəki sərhədlərimizə təcavüz edilməsinə imkan verməyən həmvətənlərimizin iradəsi qürurvericidi, heyrətamizdi.İndi emosionallıq, gərginlik, qisas hissi qədər təbii heç nə yoxdu. Amma tarixin bütün mərhələlərində qisasını yerində və zamanında alan millətlər qalib olub.

İndi ermənilər artıq özləri maşınlarını yandırıb azərbaycanlıların etdiyini yazırlar. İstisna deyil ki, bir neçə erməniyə də xəsarət yetirib, bunu azərbaycanlıların etməsi barədə keyslər yaradacaqlar. Biz bu kinoya bir neçə dəfə baxmışıq, ermənilər belə hekayələri hazırlamağı, onu prosesə və siyasi sənədə çevirməyi bacarırlar.

Haqlıyıq, haqq davamızı aparırıq, amma belə məqamlarda dərhal liberallığından imtina edib "millətçilik" damarı tutanların "göz yaşardan" küyünə getməyək.

Dünyanın ən gözəl qisası qələbədi. Mənim millətimin qələbə ünvanı Qarabağdadı! Başqa bütün meydanlardakı, bütün ünvanlardakı hərəkətlərimiz bizi o qələbə ünvanına aparmağa hesablanmalıdır...

TƏQVİM / ARXİV