adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyul 2020 14:02
137682
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ SÜRMƏLİ KARABLUTDAN

Seçki kampaniyasına görə bir avtobus dolu siyasətçi kənd-kənd gəzirmiş. Böyük bir tarlanın yanından keçərkən sürücünün diqqətsizliyinə görə avtobus dərəyə yuvarlanır.

Həmin ərazidə olan əkinçi ora gələrək qurda-quşa yem olmasınlar deyə cəsədləri basdırmağa başlayıb. Ertəsi gün əraziyə polislər gəlir. Əkinçidən soruşublar:

-Avtobusdakı bütün siyasətçiləri basdırmısan. Hamsının ölməyindən əmin idin?

Əkinçi cavab verib:

-Bəziləri yaşadıqlarını iddia etdilər. Amma siz siyasətçiləri tanıyırsınız. Necə də yalançıdılar. Amma məni aldada bilmədilər.