adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Iyul 2020 12:04
52278
ŞOU-BİZNES
A- A+

“Daxildəki ada” nın xaricdəki uğurlu addımı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Daxildəki ada” tammetrajlı bədii filmi "Azərbaycanfilm”, "Debüt” film studiyası, "Arizona Productions”, "Coyote Cinema” və "Mandarin Agency”-nin birgə istehsalıdır. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.

Adalet.az xəbər verir ki, baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl şahmat qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya gizlincə yola düşür.



Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.

Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Qeyd edək ki, Azərbaycan istehsalı olan film 100 mindən çox auditoriyaya malik və Avropanın ən önəmli festivallarından biri sayılan "Sarajevo Film Festival”ının əsas müsabiqə proqramına seçilib.

Əntiqə Rəşid