adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Iyul 2020 10:33
62150
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DAN ÜZÜNƏ ETİRAF

Allahım, bu səhərin
Gözündən mürgü yağır...
Qaranlıqdan üzümə -
Boylanır fağır- fağır...

Pərdəsi söküldükcə-
İşıqlanır səhnəsi...
Səssiz yuyulub gedir -
Həsrətimin dəhnəsi!..

Ümidimin dodağı
Çartlayır tumurcuq tək...
Bu sevincin şəklini -
Allah, göy üzünə çək!

... Allah, bu səhərimin
Duası da, ancaq O!
Ruhumun tacındakı -
Ürək rəmzi -sancaq O!