adalet.az header logo
  • Bakı 18°C
24 Iyul 2020 10:00
13345
MƏMLƏKƏT
A- A+

BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq

Bakı Nəqliyyat Agentliyi həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb. 

Agentlikdən Adalet.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq: "Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".