adalet.az header logo
  • Bakı 13°C
24 Iyul 2020 09:24
10978
SAĞLAMLIQ
A- A+

Koronavirusu neytrallaşdıran anticisim qarışığı hazırlanıb

Elm adamları koronavirusla mübarizədə effektiv kömək edən və insanları qoruya biləcək anticisimlərin qarışığını yaradıb.

Bu barədə "The Guardian” xəbər yayıb.

Nəşrin bildirdiyinə görə, Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri COVID-19-un ağır formasından sağalan 40 xəstədən anticisim nümunələri toplayıblar, həmçinin koronavirusa qarşı immuniteti olan beş insanda 60 anticisim müəyyən ediblər.

Bu anticisimlərdən doqquzu COVID-19 virusunu effektiv şəkildə neytrallaşdırılıb.

"Biz çox aktiv anticisimləri təcrid etdik və bunlarınəsasında dərman hazırlana bilər. İnanırıq ki, bunlardan koronavirusla yoluxmağın qarşısını almaq üçün istifadə olunacaq”, - deyə, alimlər bildiriblər.

Anticisimlərin klinik sınaqlarınabu ilin sonunda başlanacağı gözlənilir.