adalet.az header logo
  • Bakı 19°C
23 Iyul 2020 22:17
40201
KRİMİNAL
A- A+

Altı dəfə məhkum olunmuş şəxsdən tapança götürüldü

Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində daha bir əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş "Makarov” markalı tapança, bir patron darağı və altı patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.