adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyul 2020 20:00
20930
MƏMLƏKƏT
A- A+

Şəhid gizirimizin atası: “Ölən qardaşımın adını daşıyırdı, onu mənə çox şey bağlayırdı” - VİDEOREPORTAJ

Ömrünün yeddiilini döyüş səngərlərində keçirdi şəhid gizirimiz. Bu illər ərzində ön xətdə neçə-neçə hərbçi yoldaşının həyatını xilas edib.

Atası Ayaz Zeynallı dahər zaman oğlunun hərbi işdə çalışmasını istəyib.Elə şəhidimizin də ən böyük arzularından biri hərbi sahədə işləmək olub. Bu arzusunu gerçəkləşdirməyə nail olan İlqarhəkim kimi bacarıqlarını da məhz Vətən səngərində yerinə yetirib -mərd və qəhrəman şəhidimiz!

İlqar Zeynallı ölümündən bir neçə gün əvvəl, daha dəqiq desək, iyul ayının 9-da25 yaşını qeyd edib. Ertəsi gün yenidən xidmətə cəhbəyə yollanıb.Sonuncu mesajını iyul ayının 13-dəşəhidlik zirvəsinə ucalmamışdan cəmi bir neçə saat öncə yazıb. Mesaj isə budur:

"Narahat olmayın, hər şey yaxşıdır”.

Mərd Vətən oğlundan geriyə qəlblərdə yaşayan adı vəheç vaxt unudulmayacaq xatirələri qalıb. Bu gün Tovuz rayonunun Cəlilli kəndində hər kəs onun adını dərin hörmət və ehtiramla yad edir. Vətən üçün qəhrəman, xalq üçün ölməz olan İlqar Zeynallı, Allah sənə rəhmət eləsin!