adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2020 19:16
14500
MƏMLƏKƏT
A- A+

Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ

Əmrahovlar ailəsi Ağdam şəhərindən məcburi köçkün düşərək, rayonun Qaradağlı kəndində müvəqqəti məskunlaşıblar. Beş övlad böyüdən ailə Qarabağ müharibəsində üçövladını şəhid verib.

Böyük oğul Vaqif Əmrahov ön cəbhədə döyüş əməliyyatında, digər övladları İnqilab və Tərlan arxa cəbhədə, nəvəsi Arzu Məmmədov isə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qənirə ana 1992-1993-cü illərdəgedən döyüşlərdə üçövladını və bir nəvəsini itirsə də, bu gün qürurludur.Çünki əzizləri vətən yolunda şəhid olub. 93 yaşlı qadın deyir ki, bu gün müharibə başlasa, yenidən iki övladı və nəvələrinidöyüşə göndərməyə hazırdır. Təki işğalda olan torpaqlarımız düşmən tapdağı altından azad edilsin.

Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə edilən Əmrahovlar ailəsi mənzillə təmin olunub. İndi ailənin ən böyük arzusu Ağdama qayıtmaqdır.

Baku TV-nin videoreportajını təqdim edirik: