adalet.az header logo
  • Bakı 19°C
23 Iyul 2020 18:44
23021
İDMAN
A- A+

Mirça Luçesku Ukrayna klubu ilə müqavilə imzaladı

Tanınmış rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku Ukraynanın "Dinamo” futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Oxu.Azxəbər verir ki, bu barədə Kiyev şəhərini təmsil edən klubun rəsmi saytında məlumat verilib.

74 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mirça Luçesku 2009-cu ildə Ukraynanın "Şaxtyor” klubuna UEFA Kubokunu qazandırıb.