adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2020 14:44
46752
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ONU

Ləçəklər şeh bulağı
Dodaq söykə, iç onu...
Boylanır quzqulağı -
Baxışınla biç, onu!

Lalələr allanıbdı
Həsrətdən xallanıbdı...
Xəyalım hallanıbdı
Deyir ara, seç onu!..

Min illərin bəhəri
Həm balı, həm zəhəri...
Eşqdi! - ömrün səhəri -
Unutmaram heç onu!..

Çatmır söylə, səs niyə
Haqq səsimi kəsməyə!..
Tez doğulub, bəs niyə -
Tapdım axı, gec onu?!