adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2020 14:09
46223
ŞOU-BİZNES
A- A+

Sivvadan Ağdamın işğalı ilə bağlı “DİRİLİŞ MARŞI”

"Əziz müəllimim”, "Mehriban həkim” mahnılarının müəllifi, səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva vətənpərvərlik mövzusunda yeni layihəsini təqdim edib.

Adalet.az xəbər verir ki, Sivva bu dəfə hərbi geyimdə mahnı ifa edib.

"Diriliş marşı” adlanan mahnının sözləri şair Əyyub Qiyasa aiddir. Sənətçi son günlər Azərbaycan Ermənistan sərhədində baş verən hadisələrdən təsirlənərək, ərsəyə gətirdiyi mahnıya klip də çəkdirib. Ekran işində gənc istedadlı aktyor Türkay Cəfərli də rol alıb.

Sivva sosial şəbəkə hesabında yazır:"Əziz həmvətənlərim! Ürəkləri Vətən üçün döyünənlər!

23 iyul tarixi Azərbaycan diyarı Ağdamın işğal olunduğu gündür!

Tezliklə "DİRİLİŞ MARŞI”mız Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə və digər əzəli torpaqlarımızda səslənəcək. Mən əminəm ki, şəhidlərimizin qanını yerdə qoymayacaq və torpaqlarımızı geri qaytaracağıq! "

Qeyd edək ki, Klipdə həmçinin Tovuzda qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin kadrları, ordumuzun gücünü əks etdirən videogörüntülər yer alıb.

Əntiqə Rəşid