adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyul 2020 14:06
64386
ŞOU-BİZNES
A- A+

Emin 3-cü dəfə evlənməyə hazırlaşır: eks xanımına ev alıb, onu ordan uzaqlaşdırdı

Bildiyiniz kimi, 2018-ci ildə evlənib, bal ayını Bakıda keçirən Azərbaycanın Xalq artisti Emin Ağalarov və həyat yoldaşı Alena Qavrilova bu il boşandılar. Boşandıqdan sonra bir müddət eyni evdə qaldılar. Yəqin ki, bu səbəbdən bir-birinin şəxsi həyatına müdaxilə etmək məcburiyyətində qalırdılar. 

 Adalet.az xəbər verir ki, xalq artisti keçmiş xanımı üçün 70 milyon rubl- bizim valyuta ilə 1,68 milyon AZN dəyərində bağ evi alıb.

Bununla bağlı REN TV müğənninin dostuna istinadla məlumat yayıb. Bildirilib ki, cütlük boşandıqdan sonra eyni evdə qalmaq istəmədiyindən bu qərara gəlib. Alena qızı ilə birlikdə Yeni Riqa qəbəsəində qalacaq. Emin Ağalarov isə hazırda Novorijsk şosesində yerləşən "Agalarov Estate” qəsəbəsində yaşayır. 




Qeyd edək ki, müğənni üçüncü dəfə evlənmək qərarı alıb. Məlumata görə, Emin Ağalarovun hazırki sevgilisi teleaparıcı Yuliya Baranovskayadır. Deyilənlərə görə, cütlük artıq ailə həyatı qurmağa hazırlaşır, hətta Baranovskaya gəlinlik seçməyə başlayıb.
Əntiqə Rəşid