adalet.az header logo
  • Bakı 20°C

Lozan müqaviləsinin gerçəkləri - Emin Çölaşan yazır

36282 | 2020-07-23 12:56

1922-ci il. Təzəcə hərbi zəfər qazanmışdıq, amma bu, bəs eləmirdi.

Bu hərbi zəfəriniqtisadi və sosial zəfərlə, müstəqilliyimizlə zirvəyə çatması lazım idi.

İsveçrəninLozan şəhərində beynəlxalq bir konfrans keçirildi. Konfransa qatılan ölkələrdənbəziləri; ABŞ İngiltərə, Fransa, İtaliya, Yaponiya, Ruminya, Yunanıstan və s.

Hamısının məqsədibəlli idi.

Döyüşdə əlimizdənala bilmədiklərini Lozanda sülh yolu ilə almaq!

Dövlətinbaşında Atatürk idi.

Baş NazirRauf bəy.

İsmət Paşaaylarla davam edəcək çətin razılaşma şərtlərindən əvvəl Xarici İşlər Naziri vəTürk nümayəndəliyinin sədri təyin olundu.

Yeddi duelləhaqlarımızı əldə etmək missiyası ona tapşırılmışdı.

★★★

Müzakirələr gərginkeçirdi. Bir ara konfrans dağıldı və İsmət Paşa Türkiyəyə qayıtmağa məcburqaldı. Sonra yenidən konfrans təşkil olundu.

Və müqavilə 24 iyul1923-ci ildə imzalandı.

Başımıza Osmanlıdanbəri bəla olan kapitulyasiyalar aradan götürüldü, müstəqilliyimizi əldə etdik.

Onsuz da bizimtorpağımız olmayan Mosul üçün çox mübarizə etdik, amma ala bilmədik.

★★★

24 iyulun sonrasıçox qəribədir.

"Xəstə adam”Osmanlıdan təhvil alınan bərbad miras sonrası yeni türk dövləti artıq bütünqurumlarıyla birlikdə qurulub qurtarmaq ərəfəsində idi.

13 oktyabr 1923-cü ildəAnkara Milli Məclisinin qərarı ilə paytaxt oldu.

29 oktyabr 1923-cüildə Cümhuriyyət elan edildi.

Sonra növbə hər sahədəgörüləcək inqilabi işlərdə idi.

★★★

Aylarla davam edənLozan bazarlıqları ərəfəsində İsmət Paşa həqiqətən yorulmuşdu.

Qarşımızdakı hər dövətbizdən yeni nələrsə qoparmaq istəyirdi.

Ankaranın Lozanla xəbərləşməküçün lazım olan qaynaqları çox az idi.

Telefon yox idi.

Sadəcə Ruminya vasitəsiləteleqraf xətləri var idi və Türkiyə ilə heyətimiz arasında həyata keçən bütünyazışmalar şifrəli belə olsa anında müttəfiq təmsilçilərin əlinə keçirdi. Yənibizim yazışmalarımızda gizlilik söhbəti itmişdi.

★★★

Dəyərli oxucularım,bu gün sizə təqaüdçü səfir Bilal Şimşir tərəfindən hazırlanan və iki cilddənibarət olan bir kitabı tanıtmaq istəyirəm:

"Lozan Teleqrafları.1922-1923.” (Türk Tarix Qurumu Yayını.)

Əgər marağınızvarsa, yeni çıxan bu iki qalın cildi oxumağınızı tövsiyə edirəm.

Lozandakı İsmət Paşailə Ankaradakı Baş Nazir Rauf bəy arasında həyata keçən yazışmalar və ortayaçıxan fikir ayrılıqları.

Bəli, İsmət Paşayorulmuşdu. Qarşısında duran ölkələr türk dövlətindən inanılmaz qənimətlərqoparmaq istəyirdi.

Həll olunması və qəraraalınması lazım olan yüzlərlə mövzu var idi.

İstanbuldakısatılmış Osmanlı mediası o günlərdə belə Lozan heyətimiz haqqında ən ağıryazıları yazırdı.

★★★

İndi sizə kitabdayer alan o teleqraflardan bir neçəsini təqdim edirəm. İsmət Paşa 16 iyuldayazır:

"Görüşlər tamamənlehimizə həll olunub. Bir neçə gün içində imza ehtimalı var”.

17 iyul:

"Son görüşdə ermənilərinqayıdışı və "Turkish Petroleum” şirkəti üçün öhdəlik götürməyəcəyimizi dedik.Kabotaj mövzusunda Ruminya ilə soyuqluqlar yarandı. Borcları (Osmanlıborclarını) qızılı və ya sterlin ilə ödəyə bilməyəcəyimizi təkrarən bildirdim”.

İsmət Paşa bu dəfədoğrudan Atatürkə yazır:

"Konfransınqurtardığını üç gün öncə hökümətə bildirmişdim. Heç bir cavab gəlmədi. Bir tərəddüdolduğunu zənn edirəm. Bunun səbəbini tapmağa etməyə çalışacam”.

18 iyul Atatürkəteleqraf:

"Əgər hökümət qəbuletdiyimiz şeylərin rəddində bu qədər israrlıdırsa, bunu bizim etməyimizə imkanyoxdur. Hökümətdən təşəkkür gözləmirik. Etdiklərimiz milləyə və tarixə əmanətdir”.

Ankara artıq müqaviləninimzalanmasına razılıq verib. Çoxlu uzun yazışmalardan sonra İsmət Paşadan Qaziyəgöndərilən 20 iyul tarixli teleqraf:

"Hər çətin zamandaXızır kimi dadımıza çatırsan. Dörd-beş gündür çəkdiyim əzabı təsəvvür et. Böyükişlər görmüş və gördürmüş adamsan. Sənə bağlılığım bir qat da artdı. Gözlərindənöpürəm, sevgili qardaşım, əziz şefim”.

(Baş nazir Rauf bəyheyətimiz Ankaraya qayıtmazdan öncə istefa verdi)

24 iyul.

Lozan müqaviləsinin97-ci ildönümü…


Dilimizə uyğunlaşdıran: Eminquey

TƏQVİM / ARXİV