adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyul 2020 11:37
8902
GÜNDƏM
A- A+

Şəhidlərimizə qurban olasan, oğlum

Bu gün Brusseldə ermənilərlə qarşıdurmada oğlum Cahandarın başını ermənilər daşla yarıblar.
Mənə gec xəbər etdilər.

Cahandarın özünə telefon etdim, dedi ay ata, mərak etme igidin başı qalda gərək, mən sənin oğlunam , o Şəhid qardaşlarıma da qanım canım da qurban olsun.

Dedi ata, canına and olsun o alçalqlar məni döysələr də kişi kimi savaş apardım onlarla, ikisininin də ağzını qanatdım, gücüm ona çatdı...

Xəbəri alan kimi dərhal İğdırlı arkadaşlarımın yanına qaçdım. dedim məni ora çatdırın.Cafer Yıldız qardaşım dedi ki, telefon et, nerde olduğunu bildirsin, haman orda olacağız.

Şəhidlərimizə qurban olasan, oğlum Cahandar !!....

Mirzə Sakit