adalet.az header logo
  • Bakı 18°C
23 Iyul 2020 11:26
10419
MƏMLƏKƏT
A- A+

İsmayıllıda bio-smart dayanacaq pavilyon istehsal edən zavod inşa olunacaq

İsmayıllı rayonunda bio smart dayanacaq-pavilyon istehsalı zavodunun inşası nəzərdə tutulur.

Bu barədə Adalet.az-a İsmayıllı Rayon İcra Hakmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq həmin pavilyondan biri istehsal edilərək rayon mərkəzində quraşdırılıb:

"Yaxın vaxtlarda daha bir pavilyon istehsal edilərək şəhər ərazisində quraşdırılacaq. Pavilyon əsasən avtobus dayanacaqları üçün nəzərdə tutulub. Dayanacaq-pavilyon iki hissədən, 8 oturacaqdan ibarətdir. Gələcəkdə bu tip pavilyon istehsal edən zavodun tikintisi nəzərdə tutulur".