adalet.az header logo
  • Bakı 16°C
23 Iyul 2020 11:08
51417
ŞOU-BİZNES
A- A+

Eşq yaşadığı Dəniz Bulutsuzu döyən Ozan Güvənin başına gəlməyən qalmadı: İş, karyera, dostlar....

Muhteşem Yüzyıl” serialı ilə məşhurlaşan türkiyəli aktyor Ozan Güvəni 3 ildən 13,5 ilədək həbs cəzası gözləyir. Dəniz Bulutsuz keçmiş sevgilisi Ozan Güvəndən şikayətçi olub. Hüquq-mühafizə orqanlarına müraciət edən Dəniz bu barədə ictimaiyyəti də məlumatlandırıb. Onun sözlərinə görə, Ozan Güvən keçmiş sevgilisini 1 saatdan artıq müddətdə fiziki şiddətə məruz qoyub: "1 saatdan çox mənə fiziki şiddət göstərdi. Məni evdən çıxmağa qoymadı. Canıma qəsd etdi. Məni fiziki və psixoloji şiddətə məruz qoyan Ozan Güvəndən şikayətçiyəm. İctimaiyyətdən də bu dövrdə mənə hörmətlə yanaşılmasını xahiş edirəm".

Aktyorun sevgilisi Dəniz Buludsuz Güvən tərəfindən zorakılığa məruz qalması, həmçinin şəxsi azadlığının məhdudlaşdırılması və qəsdən bədən xəsarəti yetirilməsi səbəbindən prokurorluğa şikayət edib.İtanbulun Baş prokuroru onun müraciətini birinci instansiya məhkəməsinə göndərib. İttiham aktı baxılması üçün qəbul olunub, iş üzrə ilk dinləməni 2021-ci il yanvarın 21-nə təyin ediblər.

Aktyor Cem Yılmaz yaxın dostu Ozan Güvənin sevgilisini döyməsinə münasibət bildirib.

Səssiz qaldığı üçün tənqid olunan komediya ustası şiddətə qarşı olduğunu açıqlayıb: "Bu mövzuda məndən açıqlama gözləyirlər. Şiddəti dəstəkləməmdən söhbət gedə bilməz. Hazırda çox üzgünəm. Ona görə susmuşam".

Adalet.az xəbər verir ki, sevgilisinə şiddət göstərərək məhkəməlik olan aktyor Ozan Güvən işindən olub.

Banklardan birinin siması olan aktyorun reklam afişaları yığışdırılıb.

Qeyd edək ki, 1975-ci ildə Almaniyada doğulan Ozan Güvən Memar Sinan Universiteti Müasir Rəqs Bölümündən məzun olub. İzmir Bələdiyyə Konservatuarında aktyorluq dərsləri alıb və ardından Şahika Tekand Teatrında çalışdı. "İkinci bahar", "Çiçəyi böyütmək", "Qoçum mənim", "Əsli ilə Kərəm", "Bir İstanbul nağılı" və "Canım ailəm" kimi televiziya seriallarında oynadı.

2005-ci ildə, "İkinci bahar" serialı əsnasında tanış olduğu rejissor Türkan Dərya ilə evləndi. Əli Əziz adında 1 uşaqları var. 2010-cu ildə Türkan Dərya ilə boşandılar.

Əntiqə Rəşid